Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıya gəlir

Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Bakıya gəlir
  • DÜNYA

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Məhəmməd Zakaullah yanvarın 14-də Azərbaycana səfərə gələcək.

Aktual.az report-a istinadən bildirir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Səfəri zamanı M.Zakaullah Azərbaycanın müdafiə nazirini general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, Hərbi Dəniz Qüvvələrinin komandanı və digər rəsmilərlə görüşəcək.
Müzakirələr zamanı iki ölkənin HDQ arasında əməkdaşlıq, qarşılıqlı olaraq Azərbaycan və Pakistanın hərbi məktəblərinə kursantların göndərilməsi, hərbi təhsil sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.

Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR