Bu gün Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfəri başlayır.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilən səfər 3 gün davam edəcək.
N. Şərifi yüksək səviyyəli nümayəndə heyəti müşayiət edir. Səfərdə məqsəd ikitərəfli münasibətləri dərinləşdirməkdir. N. Şərif Azərbaycan prezidenti ilham Əliyev, baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşəcək.