Pakistanın baş naziri Azərbaycana səfər edəcək

Pakistanın baş naziri Azərbaycana səfər edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Rana Tanvir Hussain “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi və bu sərginin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli və haqlı mövqeyini qəti və prinsipial şəkildə dəstəklədiyini bildirib.

Nazir Elmar Məmmədyarov Pakistanın bu mövqeyinin yüksək qiymətləndirildiyini və yaxın zamanda Pakistanın baş nazirinin Azərbaycana planlaşdırılan səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini qeyd etdi.

Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulandı və digər sahələrdə olduğu kimi, müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğu qeyd olunub. Özəl sektor, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və birgə səylərlə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR