Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.
Bunu Pakistan XİN-in mətbuat xidməti açıqlayıb.
"Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”, - XİN-in məlumatında vurğulanıb.
Xəbər 284 dəfə oxunub.