Pakistan xəstəxanasında partlayış - 30 ölü, 50 yaralı

Pakistan xəstəxanasında partlayış   - 30 ölü, 50 yaralı
  • DÜNYA

Pakistanın Kvetta şəhərində yerləşən xəstəxanada partlayış baş verib. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 30 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Partlayış bu gün səhər Bəlucistan Vəkilləri Kollegiyası Asossiasiyasının keçmiş prezidenti Bilal Ənvər Kasinin ölümündən bir neçə saat sonra baş verib. Onun cəsədi xəstəxanaya gətirilib. Onun həmkarları, tanışları və KİV nümayəndələri tibb müəssisəsinə gəldikdən sonra isə partlayış baş verib. Bir neçə vəkil yaralanıb. Jurnalistlərdən biri ölüb, biri isə ağır xəsarət alıb.

Polisin məlumatına görə, partlayışdan sonra naməlum şəxs atəş açıb. Təhlükəsizlik xidmətinin əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıb.

Xəbər 300 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR