Pakistan münaqişəni sonlandırmaq üçün Əfqanıstanla danışıqlar aparır.
Aktual.az-ın xəbərinə görə, bunu Pakistan Xarici İşlər Nazirliyi bildirib.
Əlavə edilib ki, iki ölkə rəsmiləri arasında Çinin şimal-qərbində yerləşən Urumçi şəhərində dialoq həyata keçirilir.
Qeyd edək ki, 2021-ci ildə Talibanın Əfqanıstanda yenidən hakimiyyətə gəlişindən bəri, bu ilin fevral ayında iki ölkə arasında ən şiddətli hərbi qarşıdurmalar yaşanıb.
Xəbər 40 dəfə oxunub.