Pakistan terrorunda ölənlərin sayı 70-ə çatdı: 29-u uşaqdı

Pakistan terrorunda ölənlərin sayı 70-ə çatdı:   29-u uşaqdı

Pakistanın şərqində yerləşən Lahor şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.


Report BBC-yə istinadən xəbər verir ki, onlardan 29 nəfəri uşaqdır.

Daha əvvəl polis komissarı müavini Məhəmməd Usman yaralananların sayının 190-na çatdığını bildirmişdi.

Bu terror hücumuna görə, məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

Lahordakı bütün xəstəxanalar gücləndirilmiş rejimdə çalışır. Regionda təhlükəsizliyi təmin etmək üçün ordu işə salınıb.


***


Pakistanın Lahor şəhərində əyləncə parkında terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

Aktual.az APA-ya istinadən bildirir ki, partlayış nəticəsində 300-dən çox insan yaralanıb.

Qanlı hadisə zamanı 23 uşaq ölüb, 56-sı yaralanıb. İlkin araşdırmalara əsasən, partlayıcı maddənin gücü trotil ekvivalentində 8-10 kq olub. Hadisə yerində terror aktını törətməkdə şübhəli bilinən 28 yaşlı yerli sakinin şəxsiyyət vəsiqəsi tapılıb. İnsidentlə əlaqədar 15 nəfər saxlanılıb, onlardan ikisi güman edilən terrorçu-kamikadzenin qardaşlarıdır.

Pəncab əyalətində üçgünlük matəm elan edilib. Pakistanın baş naziri Nəvaz Şərif bu gün Böyük Britaniyaya planlaşdırdığı səfərini təxirə salıb.

Qeyd edək ki, partlayışa görə məsuliyyəti Pakistan taliblərinin hərəkatına daxil olan "Cəmaat ül Əhrar" qruplaşması öz üzərinə götürüb.

Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR