Pakistan Talibanı məhv etməklə hədələyib.
Aktual.az xəbər verir ki, Pakistanın müdafiə naziri Xavaca Asif "X” hesabında bildirib.
"Taliban rejimini məhv etmək və onları gizlənmək üçün mağaralara qovmaqdan ötrü Pakistanın öz arsenalının kiçik bir hissəsini belə istifadə etməyə ehtiyacı yoxdur”, - Pakistanın müdafiə naziri yazıb.
Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında İstanbulda aparılan danışıqlar uğursuz nəticələnib. Bu ay iki ölkənin sərhəd bölgəsində yaşanan hərbi toqquşmalarda onlarla insan həlak olub.
Xəbər 47 dəfə oxunub.