Pakistan Prezidenti: " Ermənistanla diplomatik münasibətlər qurulmayacaq"

Pakistan Prezidenti:

Pakistan İslam Respublikasında diplomatik xidmətinin başa çatması ilə əlaqədar Daşqın Şikarov Pakistan İslam Respublikası Prezidenti Məmnun Hüseyn, Milli Assambleyanın Spikeri Ayaz Sadiq, Xarici İşlər Naziri Sərtac Əziz ilə vida görüşləri keçirib.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, Pakistan Prezidenti Məmnun Hüseyn ilə keçirilən görüşdə D.Şikarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Pakistanın Dövlət başçısına səmimi və xoş arzularını yetirib. O, ölkələrimiz arasında siyasi, diplomatik, ticari-iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq təşkilatlarda hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd edib. Prezident M.Hüseynin cari ilin 11-14 mart tarixlərində Azərbaycana rəsmi səfərini xatırlayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla ölkəmizin rəsmi şəxsləri ilə keçirilən görüşlərin, imzalanan sənədlərin, keçirilən biznes forumun Azərbaycan-Pakistan münasibətlərində yeni səhifə açdığını bildirib. İslamabad-Bakı birbaşa hava əlaqəsinin bu səfərin məntiqi nəticəsinin olduğu, bunun xalqlarımız arasında münasibətlər və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. D.Şikarov Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını, həmçinin, erməni hərbi birləşmələrinin Xocalıda törədilən soyqırımı ilə əlaqədar Pakistan Senatının qəbul etdiyi qətnamənin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Pakistanda səfir kimi fəaliyyət göstərdiyi müddətdə bu ölkənin bütün bölgələrinə səfər etdiyini bildirən D.Şikarov, pakistanlıların Azərbaycan dövləti və xalqına qarşı xüsusi rəğbətinin şahidi olduğunu söyləyib.

Pakistan Prezidenti Məmnun Hüseyn xoş salamlarını və dərin ehtiramlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yetirməsini xahiş edib. Məmnun Hüseyn Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanda irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edərək, bu kimi layihələrin xalqlarımız arasındakı qardaşlıq münasibətlərinə xüsusi töhfə verdiyini bildirib.

Cənab Məmnun Hüseyn Azərbaycan-Pakistan əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.

İqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsinə çatdırılması vacibliyini vurğulayan Pakistan dövlət başçısı, qarşılıqlı investisiyaların yatırılması potensialı olduğunu bildirib. Həmçinin, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın böyük imkanlar olduğunu vurğulayıb.

Prezident Məmnun Hüseyn, ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstklədiyini, Ermənistanla heç bir diplomatik münasibətlərin qurumadığını, bunun Azərbaycan torpaqlarının işğaldan azad edilənə qədər davam ediləcəyini bildirib.

Pakistan Parlamentində keçirilmiş görüşdə Milli Assambleyanın Sədri Ayaz Sadiq, iki ölkənin qanunverici orqanları arasında əlaqələrin uğurla inkişaf etdiyi, son dövrdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin, Parlamentlərarası dostluq qrupunun üzvlərinin Pakistana, Pakistan Senatının Sədr müavinləri Can Camalinin, Sabir Bəlucun, xarici əlaqələr, Müdafiə Komitələrinin sədrlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin Azərbaycana səfər etdiyini bildirib. D.Şikarov, Azərbaycanda keçirilmiş parlament seçkilərində haqqında məlumat verərək, Beynəlxalq Təşkilatlar tərəfindən seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı verilən bəyanatları spikerin diqqətinə çatdırıb. Pakistan Parlamentinin Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial mövqe və qəbul edilmiş 3 qətnamələrə görə həmsəhbətinə minnətdarlığını bildirib.

Pakistan Parlamentinin spikeri Ayaz Sadiq yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə cənab Oktay Əsədova təbriklərini çatdırmağı xahiş edərək 2016-ci ilin birinci yarısında Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Cənab Ayaz Sadiq Azərbaycan və Pakistan münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini bildirərək, parlamentlərarası təmasların daha da intensivləşdirmək zəruriliyini qeyd edib. Həmçinin işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın dərhal və qeyd şərtsiz çıxmasının vacibliyini bildirərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

D.Şikarovun Pakistan xarici işlər naziri Sərtac Əziz ilə keçirdtiyi görüşdə Azərbaycan-Pakistan iki və çox tərəfli formatda münasibətlər haqqına danışılıb, mövcud əlaqələrin daha da dərinləşdirilməsi vacibliyi qeyd edilib.

Sərtac Əziz Pakistanın Azərbaycanı regionda özünə ən yaxın ölkə kimi hesab etdiyini qeyd edib, Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə inkişaf etdiyini bildirib. İki ölkə arasında siyasi münasibətlərin səviyyəsini digər sahələrə də şamil edilməsi vacibliyini vurğulayıb. Sərtac Əziz Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi məsələsində tam dəstəklədiyi bəyan edib.

Xəbər 545 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR