Oyuncaq silah satışına qadağa qoyuldu

Oyuncaq silah satışına qadağa qoyuldu

Əfqanıstanda oyuncaq silah satışına qadağa qoyulub.

Aktual.az xəbər verir ki, Əfqanıstanın səlahiyyətli şəxsləri ölkədə şiddətə mane olmaq üçün oyuncaq silah satışını dayandırıb.

Ramazan bayramında 100-dən çox uşaq və gəncin həmin silahlarla yaralanması qərarın alınmasına xüsusi təsir göstərib. “AFB”nin verdiyi məlumata görə, Ramazan bayramında plastik mərmilərin satış sayı digər vaxtlara nisbətdə çox olub.

Əfqanıstan Daxili İşlər Naziri Nur-ul Huq Ulumi verdiyi açıqlamada bildirib ki, fiziki və psixoloji zərərə yol açan bütün oyuncaq silahların satışının dayandırılmasını əmr edib.

Qeyd edək ki, qərar tətbiq edilərsə, ölkədəki oyuncaq sektoru ciddi şəkildə tənəzzül edəcək.

 
Xəbər 911 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR