“Oktyabrın 13-ə olan məlumata görə deputatlığa namizədliyi qeydə alınmış 1246 nəfərin bir hissəsi namizədliyini geri götürüb”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, hazırda 1000 nəfər ətrafında deputatlığa namizəd qalıb.
Seçki bülletenlərinin çapından sonra deputatlığa namizədlərin namizədliklərini geri götürməsinə gəlincə M.Pənahov deyib ki, çaşqınlıq yaranmaması üçün seçki dairə və məntəqələrində bildirişlər asılacaq: “Biz belə halların yaşanmaması üçün məntəqə, dairə seçki komissiyalarına da müvafiq göstəriş vermişik”.