İraq hökuməti 119 yaşı olan qadının təqaüdünün kəsilməsi barədə qərar verib.
Aktual.az Publika.az-a istinadən xəbər verir ki, Süleymaniyyə vilayətində yaşayan qadınla bağlı verilən qərarın səbəbi Səlma Abdülkadirin "çox yaşlı” olmasıdır.
Qadın müvafiq qurumlara lazımi sənədləri də təqdim edib. Bu sənədlərdəki məlumatlarda onun 119 yaşında olduğu göstərilib. Ancaq dövlət onun yaşına inanmayıb və "çoxdan ölməli olduğunu” bildirərək təqaüdün verilməsini dayandırıb.
Xəbər 648 dəfə oxunub.