Oğuz rayonunda qadın elektrik cərəyanı vurması nəticəsində ölüb.
Aktual.az report-a istinadən bildirir ki, hadisə rayonun Qarabaldır kəndində qeydə alınıb.
1959-cu il təvəllüdlü Çimnaz Sədrəddin qızı Qafarova 10 min kvt-luq elektrik naqilinə toxunub və hadisə yerində keçinib.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.