Oğuz rayonunda canavar mal-qaranı parçalayıb, sakinlərə xəsarət yetirib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz kəndində qeydə alınıb.
Belə ki, canavar əvvəlcə mal-qaraya, daha sonra isə qarşısına çıxan kənd sakinlərinə hücum çəkib. Nəticədə ikisi uşaq olmaqla 4 nəfər Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, yaralılardan birinin sifət nahiyəsində xəsarətlər ciddi olduğundan vəziyyəti ağır olaraq qiymətləndirilir.
Xəbər 516 dəfə oxunub.