Oğuz rayonunda qətlə yetirilən şəxsin kimliyi məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu, Oğuz rayon sakini, 1974-cü il təvəllüdlü Siyavuş Nurəddin oğlu İslamovdur.
Cinayəti törədən Şəki rayon sakini Elnur Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlanıb.
***
Oğuz rayonunda bıçaqlanma olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Bucaq kəndində qeydə alınıb.
İlkin məlumatlara görə, iki nəfər arasında yaranan mübahisə digərinin ölümü ilə nəticələnib. Ürəyindən bıçaq yarası alan kənd sakini yerindəcə dünyasını dəyişib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 582 dəfə oxunub.