Oğuz-Qəbələ-Bakı su kəməri TƏHLÜKƏDƏ

Oğuz-Qəbələ-Bakı su kəməri   TƏHLÜKƏDƏ

İyunun 12-də İsmayıllı rayonuna yağan aramsız yağış və dolu Oğuz-Qəbələ-Bakı su kəmərinin rayon ərazisindən keçən hissəsində təhlükə yaradıb.


Aktual.az bildirir ki, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, sel və dolu nəticəsində Oğuz-Qəbələ-Bakı su kəmərinin rayonun Kürdmaşı kəndi ərazisindən keçən 66-cı kilometrliyi sel suları nəticəsində yuyulmaya məruz qalıb.

Hazırda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev hadisə yerindədirlər. Rəsmilər hadisə yerinə baxış keçirirlər.

Xəbər 618 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR