Bakıda biri qadın olmaqla üç nəfərlik qrup bir neçə mağazanı qarət edib.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.
Məlumata görə, Binəqədi rayonu ərazisində Mürvət Talıbova məxsus mağazadan oğurluq edilib.
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən əvvələr məhkum olunan Kəlbəcər rayon sakini Vidadi Quliyev saxlanılıb. V.Quliyev ifadəsində bundan öncə 5 mağazadan oğurluq etdiyini etiraf edib. O, bu əməlləri Sadiq Mustafayev və Gülnar adlı xanımla birgə etdiyini bildirib. Buna görə də Sadiq Mustafayev tutularaq istintaqa təhvil verilib.
Hazırda Gülnar adlı qadının axtarışına başlanılıb.