Gədəbəy rayonunun Qurudərə kəndində qətl hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Aktual.az Xəbər 987 dəfə oxunub.