Oğul 88 yaşlı anasını döydü - Göyçayda

Oğul 88 yaşlı anasını döydü   - Göyçayda

Göyçay rayonunda yaşlı kişi ahıl anasının döyüb.

Ötən gecə Göyçayın Bığır kəndində kənd sakini, 1953-cü il təvəllüdlü Vahidov Ağaməmməd Fəzail oğlu ailə münaqişəsi zəminində anası, 1928-ci il təvəllüdlü Vahidova Gilə Balabəy qızına ayaq və yumruqla ağır xəsarətlər yetirib. 

Döyülən qadın Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müalicə olunan ahıl qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, anasını döyən Ağaməmməd Vahidov uzun illər Bığır kənd orta məktəbində müəllim işləyib və hazırda təqaüdçüdür. Onun psixoloji problemlərinin olduğu, əlilliyə görə pensiya aldığı və subay olduğu bildirilir. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. \\APA.az 


Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR