Naməlum şəxslər Malinin paytaxtı Bamakoda yerləşən "Radisson Hotel Bamako" hotelinə silahlı hücum edib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, iki terrorçu 170 nəfəri girov götürüb.
Bunlardan 140-ı hotelin müştərisi, 30-u isə işçisidir.
Silahlı hücum nəticəsində 3 nəfər həlak olub. Təhlükəsizlik qüvvələri hoteli mühasirəyə alıblar.