Ostin Umerova söz verdi: Öhdəliyə sadiqik!

Ostin Umerova söz verdi: Öhdəliyə sadiqik!
  • DÜNYA

Pentaqonun rəhbəri Lloyd Ostin və Ukraynanın müdafiə naziri Rustem Umerov arasında telefon danışığı olub. Hərbi idarələrin rəhbərləri Amerikanın Ukraynaya yardımının prioritet istiqamətlərini, eləcə də Ukrayna Silahlı Qüvvələrinin cari əməliyyatlarını müzakirə ediblər.
Aktual.az xəbər verir ki, bu barədə Pentaqon rəsmi açıqlama yayıb.
Telefon danışığından sonra L.Ostin özünün X səhifəsində paylaşım edib:
"ABŞ Ukraynaya özünü Rusiyanın təcavüzündən müdafiədə kömək etmək öhdəliyinə sadiqdir”.
Umerov da öz növbəsində X-də status paylaşıb və amerikalı həmkarı ilə danışığı səmərəli adlandırıb. O, Vaşinqtona Rusiyanın genişmiqyaslı işğalının başlanğıcından bəri davamlı və hərtərəfli dəstəyə görə təşəkkür edib.
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR