“Ona baş çəkdim”.
2013-cü ildə Moskva ətrafında yerləşən Biryulyovo rayonunda Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində onu qətlə yetirməkdə ittiham olunaraq 17 il həbs cəzası alan Orxan Zeynalov Azərbaycana qaytarılır.
Aktual.Az xəbər verir ki, bu haqda Modern.az saytına Orxan Zeynalovun atası Zahid Zeynalov məlumat verib.
O deyib ki, hazırda oğlunun Azərbaycana ekstradisiyası üçün sənədlər hazırlanır:
“Mübariz Qurbanlı sağ olsun, məni yaxşı qarşıladı. Ərizə verdik, hazırda sənədlər hazırlanır. Mübariz müəllim əvvəldən Orxanın Azərbaycana qaytarılması üçün kömək edəcəklərini demişdi. İndi vədinə əməl edir. Sağ olsunlar”.
Zahid Zeynalov həbsdə olan oğluna baş çəkdiyini də bildirib:
“Ona baş çəkdim, səhhəti də, saxlanma şəraiti də normaldır”.
Aktual.az