Oğrular iş başında yaxalandılar

Oğrular iş başında yaxalandılar

Şəki polisi uğurlu əməliyyat keçirib. Oğurluq edən qrup elə iş başınadaca yaxalayıb.

Aktual.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şəki sakinləri Rəhimov Sahib Zərbala oğlu, Baləmmədov Azər Əli oğlu və Əsədli Elşən Əhmədiyyə oğlunun etdiyi şikayətlərə əsasən, Şəki polisi tərəfindən dərhal cinayət işinə başlanılıb.

Həyata keçirilmiş cinayət axtarış tədbirləri zamanı Zaqatala rayon sakinləri Səlimov Yaşar Surəddin oğlu, Mirzəyev Namiq Fazil oğlu və Salyan rayon sakini İsmayılov Xəyal Natiq oğlu Şəki ərazisndə mağazalardan birindən oğurluq edərkən elə iş başındaca yaxalanıblar. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər şəhər ərazisində yerləşən digər mağazalardan da oğurluq ediblər.

Cinayət törətmiş qrup dükanlardan pul, siqaret və müxtəlif çeşiddə ərzaq məhsulları oğurlayıb. Onlar əməllərinə görə peşman olduqlarını bildiriblər. Saxlanılan şəxslərin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 madəllərinə əsasən barələrində həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR