Müasir tədqiqatlar göstərir ki, oruc yalnız mənəvi təmizlənmə üçün deyil, həm də bir çox xəstəliklərə, xüsusən xərçəngə qarşı güclü qoruyucu vasitədir. "Cell" jurnalında dərc olunan araşdırmalara görə xərçəng hüceyrələrinin maddələr mübadiləsi normal hüceyrələrdən təxminən 8 dəfə sürətlidir. Bu yüksək enerji ehtiyacı oruc vasitəsilə məhdudlaşdırıldıqda bədxassəli hüceyrələrin zəifləməsi və məhv olması üçün əlverişli şərait yaranır.
Aktual.az bildirir ki, Cənubi Kaliforniya Universitetinin mütəxəssisi Valter Lonqo və komandasının apardığı təcrübələr maraqlı nəticələr göstərib. Sağlam hüceyrələr aclıq zamanı müdafiə rejiminə keçərək kimyaterapiyanın yan təsirlərinə daha dözümlü olur. Xərçəng hüceyrələri isə aclıq şəraitində fəaliyyətini yavaşlada bilmir və daha həssaslaşır. Bu səbəbdən kimyaterapiyanın aclıqla birlikdə tətbiqi müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır.
"Southampton" Universitetinin eksperti Proud bildirir ki, xərçəng hüceyrələri qidasız qaldıqda sağ qalmaq üçün "EF2K" adlı xüsusi zülaldan istifadə edir. Normal hüceyrələrdə bu zülal müşahidə olunmur. Alimlər bu zülalı bloklamaqla, sağlam toxumalara zərər vermədən xərçəng hüceyrələrini aclıq yolu ilə məhv etməyin yollarını araşdırırlar. Bu yanaşma gələcəkdə daha təhlükəsiz müalicə metodlarının inkişafına imkan yarada bilər.
Oruc həmçinin xərçəngin profilaktikasında mühüm rol oynayır. İnsan bədənində hər gün minlərlə potensial xərçəng hüceyrəsi yaranır, lakin güclü immunitet sistemi onların inkişafına imkan vermir. Müntəzəm aclıq dövrləri bədənin təmizlənmə və yenilənmə mexanizmini işə salır, immun sistemini gücləndirir. Beləcə, "Oruc tutun ki, sağlam olasınız” tövsiyəsi müasir elmi laboratoriya nəticələri ilə də təsdiqlənir. (demokrat.az)
Xəbər 161 dəfə oxunub.