“Oruc tutmaq günahdır” – ŞOK AÇIQLAMA

“Oruc tutmaq günahdır”   – ŞOK AÇIQLAMA

Araz Bayramov: “İslam dinində belə xəstə insanlara oruc tutmaq qadağan edilir”

Bütün islam dünyasında olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan bayramı qeyd olunur.

Müsəlman təqviminin doqquzuncu ayı olan Ramazan zamanı oruc tutanlar gün çıxandan gün batana qədər yeməkdən, içməkdən, siqaret çəkməkdən və cinsi əlaqədən imtina etməlidirlər. Gün batdıqdan sonra müsəlmanlar məğrib namazını qılır və sonra iftarı açırlar.

Bəs görəsən fiziki qüsuru olan insanlar, xəstə adamlar oruc tuta bilərmi?

Aktual.az məsələyə Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman-uroloq Araz Bayramovun münasibətini öyrənib.

Portalımıza açıqlamasında uzman-uroloq bildirib ki, oruc tutmaq hər bir müsəlmanın mənəvi borcudur:

“Bunu kiməsə qadağan etmək olmaz. Həkimlər arasında da oruc tutanların, namaz qılanların, ibadət edənlərin sayı az deyil. Oruc tutmağın insan orqanizminə faydası müasir tibbdə də öz təsdiqini tapıb. Amma təbii ki, müəyyən istisnalar var. Fiziki qüsurlu, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar bu məsələdə ehtiyatlı olmalıdırlar. Hətta müqəddəs Qurani-Kərimdə də xəstə, səfərə çıxan adamların oruc tutması qadağan edilir”.

“Böyrək daşlarından əziyyət çəkən insanlar günün bütün saatlarında maye qəbul etməlidirlər” deyən Araz Bayramov bildirib ki, hətta gecə saatlarında belə böyrək xəstələri su içməlidir:

“Nəzərə alanda ki, oruc tutanlar günün 2/3-ni ac və susuz qalırlar, bu onların orqanizmi üçün müəyyən fəsadlara yol aça bilər. Bu müddətdə maye qəbul etməyən xəstələrdə böyrək daşlarının yenidən yaranması və ya böyüməsi baş verir. Misal üçün ötən il biz çoxlu belə ağırlaşmış xəstə qəbul etdik. Böyrək daşlarından əziyyət çəkən xəstələrin sayı artmış və onlarda olan daşlar sidik axarına düşmüşdü. Hətta biri bundan xəbərsiz olmuşdu və bir müddət sonra sağ böyrəyi funksisyasını itirməyə başladı. Bu təkcə böyrək daşlarından əziyyət çəkən xəstələrə deyil, həm də digər böyrək xəstəliklərindən əziyyət çəkən xəstələrə də aiddir”.

Oruc tuta bilməyənləri xeyriyyə işlərinə dəvət edən uzman-uroloq qeyd edib ki, Ramazan bayramı ilə əlaqədar regionlarda pulsuz müayinə aksiyası təşkil edəcək:

“Biz bundan öncəki illərdə də regionlarda pulsuz müayinə aksiyaları təşkil etmişik. Bu il də öz ənənəmizə sadiq qalacağıq. Masallı, Ağsu rayonlarında və Gəncə, Mingəçevir şəhərlərində böyrək və prostat xəstəliklərindən, sonsuzluqdan əziyyət çəkən xəstələri pulsuz müayinə edəcəyik”.

Xatırladaq ki, uzman Dr. Araz Bayramov Avropada təhsil alıb və Fransanın Eduard Heriot adında Mərkəzi Xəstəxanasında çalışıb. Hazırda MTN-nin Hospitalı və “Baku Clinic”də fəaliyyət göstərən Dr. Araz Bayramov ölkəmizdə nadir əməliyyatlardan olan laporokopik uroloji əməliyyatları, laporoskopik parsial nefrektomiya, ikitərəfli böyrək daşlarının eyni anda müalicəsini gerçəkləşdirib. (Uzman Dr. Araz Bayramov Telefon: 050-234-55-60)

Azər Niftiyev/Aktual.az

Xəbər 36757 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR