Oruc tutanların diqqətinə: - Bu yazını mütləq oxuyun

Oruc tutanların diqqətinə:  - Bu yazını mütləq oxuyun

Bütün islam dünyasında olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan bayramı qeyd olunur.

Müsəlman təqviminin doqquzuncu ayı olan Ramazan zamanı oruc tutanlar gün çıxandan gün batana qədər yeməkdən, içməkdən, siqaret çəkməkdən və cinsi əlaqədən imtina etməlidirlər. Gün batdıqdan sonra müsəlmanlar məğrib namazını qılır və daha sonra iftarı açırlar.

Bəs görəsən fiziki qüsuru olan insanlar, xəstə adamlar oruc tuta bilərmi?

Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa təhsilli uzman-uroloq Araz Bayramovun məsələyə münasibət bildirib.

O qeyd edib ki, oruc tutmaq hər bir müsəlmanın mənəvi borcudur:

“Bunu kiməsə qadağan etmək olmaz. Həkimlər arasında da oruc tutanların, namaz qılanların, ibadət edənlərin sayı az deyil. Oruc tutmağın insan orqanizminə faydası müasir tibbdə də öz təsdiqini tapıb.Amma təbii ki, müəyyən istisnalar var. Fiziki qüsurlu, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar bu məsələdə ehtiyatlı olmalıdırlar. Hətta müqəddəs Qurani-Kərimdə də xəstə, səfərə çıxan adamların oruc tutması qadağan edilir”.

“Böyrək daşlarından əziyyət çəkən insanlar günün bütün saatlarında maye qəbul etməlidirlər” deyən Araz Bayramov bildirib ki, hətta gecə saatlarında belə böyrək xəstələri su içməlidirlər:

“Nəzərə alanda ki, oruc tutanlar günün 2/3-ni ac və susuz qalırlar, bu onların orqanizmi üçün müəyyən fəsadlara yol aça bilər. Bu müddətdə maye qəbul etməyən xəstələrdə böyrək daşlarının yenidən yaranması və ya böyüməsi baş verir. Misal üçün ötən il biz çoxlu belə ağırlaşmış xəstə qəbul etdik. Böyrək daşlarından əziyyət çəkən xəstələrin sayı artmış və onlarda olan daşlar sidik axarına düşmüşdü. Hətta biri bundan xəbərsiz olmuşdu və bir müddət sonra sağ böyrəyi funksisyasını itirməyə başladı. Bu təkcə böyrək daşlarından əziyyət çəkən xəstələrə deyil, həm də digər böyrək xəstəliklərindən əziyyət çəkən xəstələrə də aiddir”.

Xatırladaq ki, Fransa təhsilli uzman, Dr. Araz Bayramov Ramazan ayında böyrək və sidik axarı daşlarından, prostat adenoması və şişlərindən əziyyət çəkən xəstələri endirimli qiymətlərlə heç bir kəsik, ağrı, narkoz olmadan müalicəsini həyata keçirir. Xəstə elə həmin gündə evə buraxılır.

Nəzərinizə çatdıraq ki, Dr. Araz Bayramov Avropada təhsil alıb və Fransanın Eduard Heriot adında Mərkəzi Xəstəxanasında çalışıb. Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji və Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib.

Dr. Araz Bayramovun qəbuluna yazılmaq istəyən xəstələrin öncədən qeydiyyatdan keçməsi tövsiyyə olunur.

Əlaqə telefonları:

(055) 255-55-45
(012) 511-10-99

Xəbər 24032 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR