Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, əmrə əsasən qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.
İnformasiya şöbəsinə əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və nazirliyin internet saytında yerləşdirilməsini təmin etmək tapşırılıb.
Xəbər 467 dəfə oxunub.