Orta məktəb direktorları və müavinlərinin fəaliyyəti stimullaşdırılacaq

Orta məktəb direktorları və müavinlərinin fəaliyyəti stimullaşdırılacaq

Nazirlər Kabinetinin hesabatı.

Azərbaycanda ümumtəhsil məktəbləri rəhbərlərinin fəaliyyəti işin həcmindən və keyfiyyət göstəricisindən asılı olaraq, stimullaşdırılacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”ında əks olunub.

Təhsil Nazirliyinin təklifləri əsasında “Dövlət ümumi təhsil müəssisələrinin direktorunun, direktorun tədris (təlim-tərbiyə) işi, lisey (gimnaziya) və digər profil üzrə müavinlərin aylıq vəzifə maaşlarına əlavələrin və birdəfəlik mükafatın müəyyən edilməsi haqqında” qərar layihəsi hazırlanıb.

Layihənin hazırlanmasında əsas məqsədlərdən biri ümumi təhsilin keyfiyyətinin yüksəldilməsidir.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR