Vaxtaşırı orqanizmin təmizlənməsinin sağlamlıq üçün nə qədər faydalı olduğu hamıya məlumdur.
Bunun üçün xalq təbabətində bir çox üsullar mövcuddur.
Bu üsullardan biri olan sınanmış sağlamlıq cövhəri haqqında yazını təqdim edirik.
Bu cövhəri hazırlamaq üçün aşağıdakılar lazımdır:
1. 5 xörək qaşığı qozun arakəsmələri;
2. 3 xörək qaşığı çaytikanı (oblepixa) bitkisinin yarpaqları;
3. 5 xörək qaşığı gicitkan yarpaqları;
4. 10 xörək qaşığı itburnu meyvəsi;
5. 7 xörək qaşığı moruq yarpaqları;
Sadalananların qurudulmuş yarpaqlarından da istifadə etmək olar.
Əvvəlcə bütün bunları üyüdücüdə xırdalayıb qarışdırmaq lazımdır. Sonra üzərinə 500 qram spirt əlavə edərək qaranlıq yerdə 20 gün saxlanılmalıdır. Bu müddət ərzində hər gün bir dəfə yaxşıca çalxalanmalıdır. 20 gün keçdikdən sonra sağlamlıq cövhərindən istifadə etmək olar.
1 çay qaşığı cövhəri 1 xörək qaşığı su ilə qarışdırıb səhərlər acqarnına, günorta və axşam isə yeməkdən 40 dəqiqə əvvəl qəbul edilməlidir. Kursun müddəti ən azı 40 gün olmalıdır.
Sağlamlıq cövhərindən istifadə edərkən artıq ikinci həftədən orqanizmə müsbət təsiri hiss olunur.
Unutmayın ki, istənilən xalq təbabəti vasitələrindən istifadə edərkən həkimlə məsləhətləşmək vacibdir. //
Modern.az Xəbər 1466 dəfə oxunub.