Orqanizmdə dəmir çatışmazlığını göstərən 10 əlamət

Orqanizmdə dəmir çatışmazlığını göstərən 10 əlamət

Dəmir bədən üçün həyati əhəmiyyətli mikroelementdir. Onun çatışmazlığı bütün orqanizmə təsir edir. Dəmirin defisiti nadir hallarda həyati təhlükə yaratsa da, əhvalımızı kifayət qədər pisləşdirə bilər.

Dəmirin çatışmazlığının göstərən 10 simptom:
1. Solğunluq
Dəriyə sağlam və çəhrayı rəng verən qırmızı zülallar və hemoqlobin ifraz etmək üçün bədənə dəmir lazımdır.
2. Dil rənginin dəyişməsi
Dəmirin defisiti nəticəsində hemoqlobinin aşağı düşməsi dilin solğunluğuna gətirib çıxara bilər. Bədəndə dəmir çatışmazlığı mioqlobinin səviyyəsinin də azalmasına və dilin şişməsi və ya iltihablanması ilə yekunlaşa bilər.
3. Saçlar tökülür
Menstruasiyanı ağır keçirən qadınlarda və vegetarianlarda dəmir çatışmazlığı olduğu üçün onlar həddindən artıq saç tökülməsinə məruz qalır.
4. Kövrək dırnaqlar
Dırnaqlar keratindən və dırnaq təbəqəsini qoruyan proteindən ibarətdir. Dırnaqlar oksigenə ehtiyac duyur, lakin hemoqlobin olmadıqda oksigen bədəndə dövr etmir.
5. Təngənəfəslik
Əgər gündəlik adi işləri yerinə yetirərkən boğulduğunuzu hiss edirsinizsə, bunun səbəbi dəmir çatışmazlığıdır. Dəmir çatışmazlığından dolayı hemoqlobin və oksigen səviyyəsi də aşağı düşəcək.
6. Baş ağrıları
Dəmir çatışmazlığı nəticəsində meydana gələn oksigen çatışmazlığı baş ağrıları doğura bilər.
7. Əl və ayaqlarınız həmişə soyuqdur
Soyuq qan dövranı onu göstərir ki, qan əl və ayaq kimi uzaq orqanlara yaxşı çata bilmir.
8. Qıcolmalar
Dəmir çatışmazlığı olan insanlarda narahat ayaq sindromuna daha çox rast gəlinir. Sinir sisteminin pozulması yuxu zamanı ayaqları hərəkətə gətirmək arzusu doğurur.
9. Ürək döyünməsinin çoxalması
Dəmirin çatışmazlığı nəticəsində hemoqlobinin aşağı düşməsi ürəyi daha çox işləməyə (oksigeni bütün orqanizmə bərabər paylamaq üçün) məcbur edir.
10. Daimi yorğunluq
Dəmir azlığı bir çox insanlarda zəiflik, enerji itkisi, diqqət konsentrasiyasının pozulması və ya əvvəllər diqqətinizi çəkən bir çox şeyə marağın itməsinə səbəb olur. //Publika.az
Xəbər 1890 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR