Ordumuzun mayoru VƏFAT ETDİ - RƏSMİ

Ordumuzun mayoru VƏFAT ETDİ - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu Paşayev Elşad Şirağa oğlu vəfat edib.
 
Bu barədə Aktual.az-a Müdafiə Nazirliyindən bildirilib.
 
"Noyabrın 17-də səhər saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçusu mayor Paşayev Elşad Şirağa oğlunun yaşadığı ünvanda hemorragik insult səbəbindən vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.
 
Faktla bağlı araşdırma aparılır", - məlumatda qeyd olunub.
 
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyib.
 
Allah rəhmət eləsin!

Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR