Sumqayıtda dəm qazından boğulma faktı baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə qeydə alınıb.
Məlumata görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq vəfat edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, Seymur Yusifli Azərbaycan Ordusunun çavuşu olub.
Xəbər 559 dəfə oxunub.