Macarıstanın Baş naziri Viktor Orban Ukrayna kəşfiyyatını Macarıstana sızmaqda ittiham edib.
Aktual.az xəbər verir ki, o bu barədə özünün "X” hesabında paylaşım edib.
"Ukrayna Kəşfiyyat Xidməti sadəcə Macarıstana nəzarət etmir. O, Ukraynapərəst Tisza Partiyası vasitəsilə bura sızıb. Onlar ictimai həyata və siyasətə nüfuz ediblər, müttəfiqlərinə hakimiyyətə gəlməyə kömək etmək üçün texnoloji dəstək göstərirlər. Əvvəllər biz "ruslar artıq anbarın içindədir” deyirdiksə, indi deməliyik: "Ukraynalılar artıq sizin smartfonunuzdadır.” Biz buna göz yummayacağıq!” Orban vurğulayıb.
Xəbər 72 dəfə oxunub.