Donald Tramp ABŞ Prezidenti olaraq qalsaydı, Rusiya-Ukrayna müharibəsi baş verməzdi.
Aktual.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban "Kossuth Radiosu"na müsahibəsində danışıb.
O, ABŞ Prezidenti Cozef Baydenin hakimiyyəti dövrünü Macarıstan-ABŞ münasibətləri üçün çətin dövr kimi xarakterizə edib. Baş nazir 2020-ci ildə ABŞ-də keçirilən Prezident seçkilərinə toxunaraq vurğulayıb ki, əgər Qərb demokratiyasında saxtakarlıq baş verməsəydi, Donald Tramp prezident olaraq qalacaqdı: "Nəticə etibarilə bu gün Rusiya-Ukrayna müharibəsi yaşanmazdı".
O, demokratlar və respublikaçılar arasındakı ideoloji fərqi vurğulayaraq qeyd edib: "Demokratlar qlobalistlərdir, respublikaçılar isə milli təməllər üzərində dayanır". Baş nazir demokratların öz gündəliklərini Corc Sorosla əlaqəli şəbəkələr vasitəsilə həyata keçirdiyini və bu təsirin Brüsseldə də dərin kök saldığını bildirib.
V.Orban Donald Trampın prezidentliyi dövründə ABŞ-la münasibətlərin gələcəyinə nikbin yanaşaraq gözlənilən dəyişiklikləri "fantastik, möhtəşəm qızıl dövr" kimi xarakterizə edib.
Xəbər 88 dəfə oxunub.