“Oqtay Şirəliyev həkimlərinin günahkar olduğunu rəsmi etiraf etdi” – FAKT

“Oqtay Şirəliyev həkimlərinin günahkar olduğunu rəsmi etiraf etdi”   – FAKT

"Yoldaşımın sağlamlığına ziyan vurulması, yeni doğulan körpənin həkimlər tərəfindən öldürülməsi ilə bağlı Oqtay Şirəliyevə yazdığım ərizə 6 ay sonra cavablandırıldı”.
 
 
Aktual.az xəbər verir ki, bu fikirləri jurnalist Həsən Babayev Unikal.org-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyi rəsmi olaraq etiraf edib ki, körpənin ölümünə dair şikayət ərizələri Tibbi yardımın təşkili şöbəsinin müdir müavini T.Tağızadə tərəfindən gecikdirilərək araşdırılmayıb:
 
 
"İnsanların sağlamlığının keşiyində dayanan nazirliyin məsuliyyətidir bu. Həmin cavam məktubunda Səhiyyə Nazirliyi açıq şəkildə etiraf edir ki, yoladaşımın (hamilənin) vaxtında hospitalizasiyası təmin edilməmiş, ona göstərilən doğuşayardım xidmətində, həmçinin tibbi sənədlərin tərtib olunmasında Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının mama-ginekoloqu Zəhra Abbasova tərəfindən nöqsanlara yol verilib. Yəni nazirlik etitaf edir ki, yenidoğulan körpə həkim Zəhra Abbasovanın məsuliyyətsizliyi ucbatından ölüb. Bununla bağlı Baş Prokurorluğa ünvanladığım şikayət ərizəsi Yasamal Prokurorluğu tərəfindən araşdırılır. Ümid edirəm ki, 5 aylıq araşdırmanın ədalətli nəticəsi olacaq. Hələki prokurorluq susmağa üstünlük verir”.
 
 
Ölkədə ana və uşaq ölümləri ilə bağlı statistikanın həyəcan təbili çaldığını deyən H. Babayev bunun birbaşa Oqtay Şirəliyevin yerində olmadığının, onun ölkə səhiyyəsinə və bu millətin sağlamlığına, gələcəyinə məsuliyyətsiz yanaşmasının göstəricisinin olduğunu qeyd edib:
"Bu məsələni bir neçə dəfə gündəmə gətirməkdə məqsədim ondan ibarətdir ki, ölkənin hüquq-mühafizə, təhlükəsizlik orqanları bu problemi diqqətdə saxlasınlar, aidiyyatı şəxslər ölkə səhiyyəsində yaranan, artan statistikaya söykənən ana və uşaq ölümləri ilə bağlı dövlət başçısına dəqiq informasiya çatdırsınlar. Oqtay Şirəliyev özündən uydurduğu saxta statistik rəqəmlərlə dövlət başçısını aldadır. Həqiqətən Azərbaycanda ana və uşaq ölümlərinin artması bəlkə də hansısa gizli mətləblərdən xəbər verir. Bu təhlükəsizlik orqanlarının araşdırmalı olduğu bir məsələdir”.
 
 
Hadisədən 6-7 ay keçdikdən sonra Səhiyyə Nazirliyinin mətbuat xidməti jurnalistin övladının ölümündən sonra həkim Zəhra Abbasovanın şöbə müdiri vəzifəsindən azad olunduğunu açıqladı.
 
Yasamal prokurorluğundan hadisənin araşdırıldığını və qərarın ekspertizanın yekun nəticəsindən sonra açıqlanacağı bildirilib.  
 
Xatırladaq ki, jurnalistin yeni doğulan övladı 2015-ci ilin sentyabr ayının 3-də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsində ölüb
Xəbər 1462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR