Oqtay Qasımov: “Anar Əsədli bizə başqa çıxış yolu buraxmadı”

Oqtay Qasımov: “Anar Əsədli bizə başqa çıxış yolu buraxmadı”

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib. Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.
 
Qeyd edək ki, zərərçəkənlər arasında Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olan politoloq Oqtay Qasımov da var. O.Qasımov başına gələnlərlə bağlı Elchi.az-a danışıb.

Onun sözlərinə görə, Anar Əsədli ilə uzun müddət tanışlıqları olub:

"O, məndən 6 il öncə birgə iş görmək adı ilə vəsait alıb və sonra məlum oldu ki, pul işə yatırılmayıb. Pulu geri istəyəndə isə A.Əsədli bundan imtina elədi. Təəssüf ki, götürdüyü vəsaiti qaytarmaqdan imtina etdiyi üçün bizə başqa yol buraxmadı. Biz də onun bu hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdik. Mənimlə bərabər Zəngilan rayonunun keçmiş icra başçısı İlham Hüseyn də şikayət edib. Məlum olub ki, A.Əsədli yalnız bizə yox, başqa adamlara qarşı da bu və ya digər hərəkətləri edib. Mən 2022-ci ilin oktyabr ayında onun elədikləri ilə bağlı şikayət etmişdim. O zamandan bu günə qədər istintaq işləri davam edir. Hesab edirəm ki, məsələ kifayət qədər diqqətli şəkildə araşdırılır. Müraciətimə uyğun olaraq mənə cavab verilib və işin gedişatı ilə bağlı məlumatlı olmuşam. Bu gün isə  prosesin bir mərhələsi yekunlaşdığı üçün A.Əsədli ilə bağlı qərar verilib. Təəssüf edirəm, amma A.Əsədli bizə başqa yol buraxmadı”.

Xəbər 827 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR