“Mən Sisini Misir prezidenti kimi tanımıram”.
Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Onun sözlərinə görə, Qərb Mursi qərarına səthi yanaşır: “Bu günün gələcəyi dünəndən bəlli idi. Əks-inqilabçılar hazırda mindən çox insanı, hətta xalqın 52% səsini toplayan Mursini də edama məhkum etdilər.
Mən beynəlxalq platformalarda Sisini prezident kimi qəbul etmədiyimi deyirəm. Fikrimcə, prezident Sisi yox, Mursidir. Mən BMT-də onunla eyni stolun arxasında oturmadım. Bunu demokratiyanı müdafiə edənlərə də deyirəm ki, “siz necə demokratsınız?” Hələlik edam qərarının doğru olmadığı haqqında səthi açıqlamalar verilir. Niyə Mursiyə istiqamətlənən açıqlamalar vermirsiniz?” (Axar.az)
Aktual.az