"Qəbələ”nin futbolçusu Cavid Hüseynovun həbs olunması xəbərinə onun sabiq baş məşqçisindən reaksiya gəlib.
Aktualaz-ın Anspress-ə istinadən məlumatına görə, Tovuzun "Turan” komandasında çalışarkən Cavidi üzə çıxaran türkiyəli mütəxəssis Naci Şensoy bu olayla bağlı şəxsi "facebook” səhifəsində status paylaşıb. Şensoyun yazdıqlarını olduğu kimi sizə təqdim edirik:
"2004/05 mövsümündə Azərbaycanın "Turan” komandasında işlədiyim zaman küçədən tapıb futbolun ilk sirlərini öyrətdiyim və Azərbaycan millisinə qədər yüksəlməsində əməyim keçən Cavid Hüseynovun bu cür duruma düşməsinə çox üzüldüm. Demək ki, bugünkü futbolçulara fiziki kondisyilarını yüksəltməyə kömək edən məşqçilərdən savayı, mənəvi dəstək verə biləcək, onların idmançı xarakterlərini və duyğusal zəkalarını ən yüksək səviyyəyə çatdıra biləcək, tənqid olanda özlərini idarə edə bilmələrinə və daha xoşniyyət olmalarına yardım edəcək bir psixoloq, sosioloq, ya da Mentor kimisinə ehtiyacı var” Bəxtsiz şəkildə ölən jurnalist Rasim Əliyevə Allahdan rəhmət, keçmiş tələbəm Cavid Hüseynova isə "keçmiş olsun” diləyirəm”.
Sabayel Rayon Məhkəməsin Cavid Hüseynovu sözügedən cinayəti bilib gizlətmə maddəsi ilə ittiham edərək onun 3 ay müddətinə həbs olunmasına dair qərar qəbul edib.