“Onu gərək teatrdan yola salaydılar” –

“Onu gərək teatrdan yola salaydılar” –

“İlham Əsgərovun ölüm xəbərini rayonda eşitdim. İnanın, bu ölüm xəbəri mənə elə pis təsir edib ki, hələ də özümə gələ bilməmişəm”.

Aktual.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib. Deputat cəmiyyətdə tanınan insanların dünyasını dəyişdiyi vaxtda onlarla vida mərasiminin keçirilməsinin vacibliyini vurğulayıb: “İlham Əsgərov əvəzolunmaz sənətkar və gözəl insan idi. O, Azərbaycanın Xalq artistidir, Akademik Milli Dram Teatrında canını qoyan aktyor idi. Onu gərək teatrdan yola salaydılar. İnsanlar, tamaşaçılar, onu sevənlər var, onlar əlbəttə ki İlham Əsgərovla vidalaşmaq, gedib onunla görüşmək istəyərdilər”.

A.Abbas bildirib ki, vida mərasimi mərhumun yaşadığı evdə keçiriləndə orada çox adamlar iştirak edə bilmir: “Ona görə də xüsusilə aktyorların çalışdıqları teatrda onlar üçün vida mərasimi təşkil edilməlidir”.

Qeyd edək ki, İlham Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Aktyor dəfn olunmaq üçün doğulduğu Masallı rayonuna aparılıb.

Xəbər 978 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR