Onlayn qumar oyunları bazarı 2022-ci ildə 1 trilyon dolları keçəcək

Onlayn qumar oyunları bazarı 2022-ci ildə 1 trilyon dolları keçəcək

"Juniper Research" şirkətinin mütəxəssisləri onlayn qumar oyunları ilə bağlı durumu təhlil ediblər.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, onlar belə bir nəticəyə gəliblər ki, yeni texnologiyaların populyarlığı qanunlardakı zəifləmələrlə birlikdə ona gətirib çıxaracaq ki, 2022-ci ildə adıçəkilən bazar 1 trilyon dolları üstələyəcək.  
Bu göstərici ötən illə müqayisədə 70 faiz artıma bərabərdir. Ötən il onlayn qumar oyunları bazarı 620 milyard dolları keçib. Cari ildə bu rəqəmin 700 milyard dollara çatacağı proqnozlaşdırılır ki, bu da ABŞ-ın büdcə kəsirindən xeyli çoxdur.

Burada artımın əsas səbəbi kimi kazinolar çıxış edir. Onların payı 2022-ci ildə 40 faizi üstələyəcək.
Xəbər 1351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR