Onlarla turist gecəni Fransanın Alp dağ silsiləsindəki Monblan dağında xarab olan funikulyorun kabinlərində keçirib.
Aktual.az Report-a istinadən bildirir ki, əvvəlcə kanat yolunda 110 insan qalıb, lakin onların əksəriyyəti helikopter vasitəsilə təxliyə olunub.
Xilasetmə əməliyyatı gecə dayandırılıb və səhər yenidən bərpa olunacaq.
Bildirilir, ki, kanat yolundakı kabinlər müəyyən olunmamış səbəblərə görə dolaşıb və dayanıb.
Müxtəlif məlumatlara görə, 3800 metr yüksəklikdə 33-45 nəfər təcrid olunub.
Xilasedicilər onlara qida, su və ədyallar çatdırıblar.
Əməliyyatda Fransa, İtaliya və İsveçrədən xilasedicilər iştirak edirlər.