Onların inamı bizə stimul verirdi

Onların inamı bizə stimul verirdi
  • İDMAN

Tokiodakı nəticəmi təkrarladığımı görə çox sevinirəm.
Aktual.az xəbər verir ki, bunu Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda qızıl və gümüş medal qazanmış Azərbaycan idmançısı Lamiyə Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O, qazandığı uğura görə xoşbəxt olduğunu bildirib:
"Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə və Paralimpiya Komitəsinə təşəkkür edirəm. Dəstəyə görə hər kəsə minnətdaram. Onların inamı bizə stimul verirdi", – o vurğulayıb.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR