HƏMAS-ı danışıqlara gətirmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etdik.
Aktual.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken jurnalistlər üçün verdiyi vida toplantısında deyib.
"Payızda HƏMAS iştirakdan imtina edəndə Qətərə getdim. HƏMAS-ın Qətərdəki əməliyyatlarının qəbul edilməyəcəyini söylədim. Qətər də bunu etdi və HƏMAS-ı oradan çıxardı. Bir neçə həftə öncə Türkiyəyə getmişdik. HƏMAS-ı masaya qaytarmaq üçün Prezident Ərdoğana müraciət etdik və ondan razılaşmanı yekunlaşdırmaq üçün güc və təsirindən istifadə etməsini istədik. Prezident Ərdoğan da eyni şeyi etdi və HƏMAS masaya qayıtdı”, - Blinken bildirib.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında Qəzzada atəşkəs və əsir və girovların dəyişdirilməsi ilə bağlı razılaşma imzalanıb.
Xəbər 103 dəfə oxunub.