"Onlar qarşıdurma siyasətinin təbliğatçısı olublar" VİP sədri


"Qarşıdurma siyasəti uğursuzluğa məhkumdur. Bu baxımdan biz nə AXCP-nin, nə Milli Şuranın, nə də ölkədə radikal davranış tərzini təbliğ edən siyasi təşkilatların yolunu getmirik və bunu səhv hesab edirik".

Bu fikirləri Ölkə.az-a Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. O qeyd edib ki, problemlərin həlli yolunu masa ətrafında danışıqlarda görür:

"Mən bütövlükdə siyasi münasibətlərin inkişafını, problemlərin danışıq yolu ilə çözülməsinin tərəfdarıyam. Bunu daim öz adımdan da, partiya adından da bildirmişdəm. Çünki qarşıdurma siyasəti uğursuzluğa məhkumdur. Bu baxımdan biz nə AXCP-nin, nə Milli Şuranın, nə də ökədə radikal davranış tərzini təbliğ edən siyasi təşkilatların yolunu getmirik və bunu səhv hesab edirik. Qeyd edim ki, ölkədə bu cür siyasi münasibətləri bərqərar etmək istəyən hakimiyyətdaxili qüvvlər də var. Vaxtilə həmin çevrələr ölkədə məhz qarşıdurma siyasətinin təbliğatçısı olublar.

Problemlər kifayət qədərdir, uzun illərdir yığılıb. Biz partiya olaraq bunların həlli yolunu danışıqlarda, təmaslarda görürük. Hesab edirik ki, bu xətt davam etməlidir".Aktual.az

Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR