Rusiya Prezidenti Vladimir Putinin gücünü gözardı etmək təhlükəlidir, lakin eyni zamanda onun yenilməz imicini gücləndirməyə də dəyməz.
Aktual.az xəbər verir ki, bunu "Atlantik”in köşə yazarı Andrey Rıvkin Putinin Ukraynada niyə qalib gəlmədiyini və niyə NATO ölkələrinə qarşı təxribatlara əl atdığını izah edən köşə yazısında yazıb.
O xatırladıb ki, Avropanın hava məkanında çoxsaylı dron insidentlərindən sonra NATO ölkələri mülki hava limanlarını müvəqqəti bağlayıb, qırıcı təyyarələri qaldırıb və müttəfiqlər arasında rəsmi məsləhətləşmələrin aparılmasını tələb edərək 4-cü maddəyə müraciət ediblər.
"Belə "işğal” nümunələri Vladimir Putinin NATO-nu boş bir təşkilat kimi qələmə vermək, Ukrayna bir yana, öz ərazisini müdafiə etmək iqtidarında olmadığını göstərmək cəhdidir. Lakin təxribatın özündən daha diqqətəlayiq məqam Qərb müşahidəçilərinin bunu Rusiya prezidentinin qələbəsi kimi tanımasıdır", - o qeyd edib.
Xəbər 38 dəfə oxunub.