V çağırış Milli Məclisin yeni tərkibdə ilk iclası öz işinə başlayıb. İclasda yeni seçilən deputatlar və ölkə başçısı İlham Əliyev də iştirak edir. Sessiya zamanı Milli Məclisin sədri, sədrin müavinləri və komitə sədrləri seçiləcək. Milli Məclisin yeni deputatlarına deputat mandatları təqdim ediləcək.
Bununla da IV çağırış parlamentin bir neçə deputatının mandatına xitam veriləcək və onlar eks-statusunu alacaqlar.
Milli Məclislə vidalaşan ekslər kimlərdir?
Aktual.az AzVision.az-a istinadən onların siyahısını təqdim edir:
6 saylı Culfa-Babək seçki dairəsindən İsmayıl Hacıyev,
27 saylı Sabunçu ikinci seçki dairəsindən Hacı Qalib Salahzadə,
35 saylı Xətai üçüncü seçki dairəsindən Ümid Partiyasının sədri İqbal Ağazadə,
37 saylı Nizami (Gəncə) birinci seçki dairəsindən Aydın Abbasov,
41 saylı Sumqayıt birinci seçki dairəsindən Leyla Abdullayeva,
55 saylı Xaçmaz şəhər seçki dairəsindən Arif Əşrəfov,
57 saylı Kürdəmir seçki dairəsindən Fərhad Qəribov,
62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyev,
63 saylı Sabirabad birinci seçki dairəsindən Ceyhun Osmanlı,
77 saylı Astara seçki dairəsindən Aslan Cəfərov ,
81 saylı Beyləqan seçki dairəsindən Ayaz Orucov ,
87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Ərəstun Cavadov,
91 saylı Ucar seçki dairəsindən Elton Məmmədov,
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən Ədalət Partiyasının sədri İlyas İsmayılov,
107 saylı Qazax seçki dairəsindən Əhməd Vəliyev,
109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanova,
121 saylı Laçın seçki dairəsindən Nazim Fərəcovdur.