Bu gün Ali Məhkəmədə ömürlük azadlıqdan məhrum edilən sabiq OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun kassasiya şikayətinə baxılıb.
Trend-in məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da təmin edilməyib.
Qeyd edək ki, ömürlük azadlıqdan məhrum edilən keçmiş OMON-çular kassasiya şikayətində cəzalarının 20 illik cəza ilə əvəz edilməsini istəyiblər.
Təqsirləndirilən şəxslər 1996-cı ildə ölüm cəzasına məhkum ediliblər. 1997-ci ildə onların cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunub.
Hər 3 şəxs ötən il Qaradağ rayon Məhkəməsinə müraciət edərək cəzalarının 20 illik həbslə əvəz edilməsi və azadlığa buraxılmalarını istəyiblər. Məhkəmə müraciətləri rədd edib.
Aktual.az
Xəbər 313 dəfə oxunub.