Rusiyanın Tver Vilayətinin Kimrı şəhərində azərbaycanlıların toyuna OMON basqını olub.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, Rafiq Qurbanov və Elmira Xəlilovanın toyu başlar-başlamaz restorana maskalı OMON-çular daxil olub.
"Kimrı seqodnya" qəzetinin yazdığına görə, iki saat ərzində heç kimə yerindən tərpənməmək əmri verilib. Bundan sonra toyda iştirak edənlərin, eləcə də bəylə gəlinin sənədləri yoxlanılıb.
OMON-çular restoranı bir də 20.30-da tərk ediblər.
Xəbər 316 dəfə oxunub.