Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2015-ci il üzrə illik hesabatı Milli Məclisin (MM) bugünkü iclasının gündəliyindən çıxarılıb.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, hesabatın parlamentin aprel ayında keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 43 məsələnin müzakirəsi daxil edilmişdi.