Beyləqan rayonunda 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata saxlanılıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini , Zahid İsgəndərov tutularaq rayon prokurorluğuna gətirilib.
Qeyd edək ki, Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.